Kosmetologiya

Üz dərisini ev şəraitində necə təmizləmək olar

Dərinin dərin təmizlənməsi - bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir.

Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki damarların xroniki genişlənməsi zamanı dərinin buğa verilməsi məsləhət görülmür. Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa verilməsindən tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda dəri özünün təbii elastikliyini itirməyə başlayır, həmçinin damarlar daha pis daraldığı üçün üz dərisinin qızarması baş verə bilər.

Dərinin buğa verilməsindən əvvəl, onu kosmetik südlə əsaslı şəkildə makiyajdan və çirklənmələrdən təmizləmək lazımdır. Yağlı dərini lasyonla silmək olar. Göz qapaqları dərisinə krem sürtmək lazımdır. Əgər dəri qurudursa, bütün üz dərisinə nazik qatla yağlı krem sürtün.

Sonra termosda 2 litr qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya adaçayı çiçəkləri (quru dəridə daha çox nanə (yarpız) və ya cökə ağacının çiçəyi məsləhət görülür) dəmləyin və bir neçə dəqiqədən sonra dəmləməni geniş ləyənçəyə tökün. Daha sonra ləyənçənin üstündə əyilərək başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu vəziyyətdə oturun. Quru dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3 dəqiqə, qarışıq tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi olanlarda 10 dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru salfet ilə yüngülcə qurulayın.

Əgər hər hansı bir səbəblərə görə dərinizin buğa verilməsi sizə əks göstərişdirsə, bu halda ilıq kompreslərdən (38-42o C) istifadə edə bilərsiniz. İlıq kompres ilkin olaraq təmizlənmiş dəriyə 4-5 dəqiqə ərzində olmaqla qoyulur.

Dərinin buğa verilməsi və ya ilıq kompres qoyulması proseduradan (və ya duş, vanna qəbul etdikdən) sonra dərinin pilinqi və ya skrabla təmizlənməsi prosedurası aparılır.

Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.

Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin onlardan tam təmizlənməsi üçün kifayət etmir.

Dərinin skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, dəri daha çox miqdarda oksigen alır, daha yumşaq və hamar olur. Nəzərə almaq lazımdır ki, skrablardan çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma qabiliyyətinin zəifləməsi baş verir.

Əksər kosmetoloqlar hesab edirlər ki, quru dərisi olanlar skrablardan 2-3 həftədən bir, yağlı dərisi olanlar isə həftədə bir dəfə olmaqla istifadə etməlidirlər. Əlbəttə ki, hər şey insanların fərdi xüsusiyyətlərindən, həyat tərzindən, iş şəraitindən, ilin fəslindən və digər faktorlardan asılı olur. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə etmək olar. Yadda saxlamaq lazımdır ki, yağlı dəri üçün nəzərdə tutulan skrab yalnız bu tip dəridə effekt verərək, quru dəridə isə qıcıqlanmaya səbəb ola bilər! Həssas və çox quru və nəmliyini xeyli dərəcədə itirmiş üz dərisi üçün üzərində xüsusi qeyd olan vasitələrdən istifadə etmək məsləhət görülür. Skrabın əsas tərkibi xırdalanmış ərik tumlarından və ya döyülmüş qoz qabıqlarından ibarətdirsə, belə skrab yağlı dəri üçün istifadə edilə bildiyi halda, quru dərilərdə istifadə edilə bilməz. Quru dəru üçün isə tərkibində plastik kürəciklər, dəniz duzları olan skrablar uyğun gəlir. Dəri məsamələri geniş olan yağlı dəri üçün, tərkibinin əsasını kosmetik gil təşkil edən skrabları seçmək tövsiyə olunur. Belə ki, bu skrabların tərkibində olan gil dəridəki məsamələri daraltmaq, dərinin yağlılığını və parıltısını azaltmaq xüsusiyyətinə malikdir.

Sızanaqları, kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir - əks halda dəridəki həmin problemlər ağırlaşa bilər!

Heç bir halda bədən üçün nəzərdə tutulan skrablardan üzün dərisində istifadə etmək olmaz! Əks halda üz dərisinin zədələnməsi və qıcıqlanması baş verə bilər.

Sonradan evdən bayıra çıxmamaq şərti ilə, skrablardan axşam saatlarında duş qəbul etdikdən, dərini buğa verdikdən və ya dəriyə ilıq kompres qoyduqdan sonra istifadə etmək daha düzgün hesab olunur. Skrabı nəm və təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta barmaqlarının yumşaq ucları ilə masaj xətləri üzrə sürtülür. Heç bir halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra dəriyə qidalandırıcı krem və ya maska sürtmək lazımdır. Skrablanmadan sonra dəri bu vasitələri çox yaxşı mənimsəyir.

Saglamolun.Az

 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Yaşıl çay nə ilə faydalıdır?

Yaşıl çay nə ilə faydalıdır?

Ərzaqlar Hits:1669

Bir çox insanlar bilir ki, yaşıl...

Xoşladığımız yeməklər və xasiyyətimiz

Xoşladığımız yeməklər və xasiyyətimiz

Maraqlı... Hits:2434

İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar.

Ev şəraitində arzuolunmaz tüklərdən azad olmaq üçün təbii üsul

Ev şəraitində arzuolunmaz tüklərdən azad…

Kosmetologiya Hits:56409

Bu epilyasiya növü şərq ölkələrində çox...

2017-ci ilə dair Maya qoroskopu – Hansı bücləri nə gözləyir ?

2017-ci ilə dair Maya qoroskopu…

Maraqlı... Hits:4879

Mayaların gələcəyə dair çin çıxmış bir...

Alma və darçınla DADLI PEÇENYE

Alma və darçınla DADLI PEÇENYE

Şirniyyat Hits:1424

Tərkib: - 3 alma - 200 qr kərə...

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:805

Məhsullar: - 2 yumurta

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az