Qara nöqtələrdən azad olmağın sadə yolu

 

Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz qara nöqtələr və civzələr heç də ürəkaçan mənzərə deyil.

Əgər sizin də belə bir probleminiz varsa, qanınızı qaraldan, ozünüzə inamı azaldan bu narahatlıqdan qurtulmağın çox sadə və təbii üsulu var. Bunun üçün sizə sadəcə olaraq limon, su və duz lazım olacaq.

1 xörək qaşığı dəniz duzu, ½  çay qaşığı limon suyu və 1 çay qaşığı su qarışdırılır. Alınan qarışığı dərinin civzələr xüsusilə çox olan bölgələrinə çəkin. Sonra yüngül və dairəvi hərəkətlərlə 2-4 dəqiqə ərzində onu dəriyə sürtün. Daha sonra üzünüzü yaxşı yuyun.

Bu proseduru həftədə 2 dəfədən artıq etmək olmaz.

Saglamolun.Az