Kosmetologiya

Kosmetik gilin istifadəsi

Gil qədim vaxtlardan bu günümüzə kimi qadınların gözəlliyini artıran vasitə kimi istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, gilin mineral tərkibi insanın dərisinin mineral tərkibinə çox yaxındır. Məhz bu səbəbdən gil dərimizə gözəllik və cavanlıq bəxş edir. İstənilən kosmetik gil dərini cavanlaşdırır, daha sağlam və gözəl edir.

Kosmetik gil ağ, mavi, yaşıl, qırmızı, sarı və hətta qara ola bilər.

Ağ gil (kaolin) yağlı problemli dərini çox effektli şəkildə təmizləyir, iltihabı azaldır, ağardır, qidalandırır və bərpa edir. Yağlı dəri üçün bu kimi maska hazırlamaq olar: 1 çay qaşığı ağ gil ilıq su ilə qarışdırılır (xama kimi alınmalıdır), üzərinə 3 damcı çay ağacı efir yağı əlavə olunur, bir daha yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Ağ gil dərinin qocalması ilə mübarizə aparır - dərini daha elastik, dartılmış edir, kiçik qırışları yox edir. Quru solğun dəri üçün bu kimi maskadan istifadə etmək olar: 1 çay qaşığı ağ gil 1 çay qaşığı yağlı xama və 1 ədəd yumurta sarısı ilə qarışdırılır və dəriyə çəkilir (maska çox qatı alındıqda bir qədər mineral su əlavə edin). 20 dəqiqədən sonra maskanı yuyun və dəriyə istənilən qidalandırıcı krem çəkin.

Ağ gil həmçinin bədən üçün də çox xeyirlidir. Müntəzəm istifadə olunduqda bu gil bədən dərisini cavanlaşdırır.

Mavi gil də yağlı problemli dərinin vəziyyətini yaxşılaşdırır. Həmçinin mavi gil sellülitin müalicəsində geniş istifadə olunur. Bunun üçün gili su ilə qarışdırıb problemli yerlərə çəkmək və plyonka ilə bürümək lazımdır. Daha sonra üstünüzü isti örtün və 1 saat uzanın, sonra duş qəbul edin. Gilə dəniz yosunları (apteklərdə satılır) əlavə etmək olar. Bu daha yaxşı effekt verəcək. Belə bürünmələri müntəzəm olaraq edən qadın, bir müddətdən sonra sellülitin və bədən həcminin azalmasını hiss edəcək. Dəri isə hamar və zərif olacaq.

Mavi gil həmçinin saçlar üçün də çox xeyirlidir - saçları daha möhkəm və canlı edir, yağlılığı azaldır.

Yaşıl gil daha çox yağlı dəriyə uyğun gəlir. Dərini çirkdən, ölü hüceyrələrdən yaxşı təmizləyir, məsamələri kiçildir, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır.

Qırmızı gil müxtəlif səpgilərə, allergiyaya meyilli olan həssas dəriyə uyğun gəlir. Gil iltihabı azaldır, dərini "sakitləşdirir". Həmçinin qırmızı gil quru dəri üçün uyğun gəlir - dərinin qan dövranını yaxşılaşdırır, oksigenlə doydurur.

Sarı gil yağlı civzəli dəriyə çox yaxşı kömək edir - təmizləyir, bir qədər qurudur, artıq yağlılığı aradan qaldırır. Sarı gil sellülitlə mübarizədə kömək edir. Həmçinin sarı gili saç üçün maskalarda istifadə etmək olar - saçlar daha canlı və parlaq olacaq.

Qara gilin tərkibi çox zəngindir. Bu gil yağlı dərini təmizləyir, qidalandırır, iltihabları azaldır. Həmçinin qara gil antisellülit bürünmələrdə və bədən üçün maskalarda istifadə olunur.

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Çox sadə ev tortu

Çox sadə ev tortu

Şirniyyat Hits:13643

Tərkibi: Xəmir üçün: - 2 yumurta

Qırmızı kələm şoraba-salatı

Qırmızı kələm şoraba-salatı

Qışa tədarük Hits:6788

Tərkibi: - 2 ağ kələm - 1...

Mərcinin faydaları

Mərcinin faydaları

Ərzaqlar Hits:2459

Mərci qədim vaxtlardan insanların qidalanmasına daxil...

Ətirli sitruslu piroq

Ətirli sitruslu piroq

Şirniyyat Hits:4937

İnqrediyentlər: - 100 ml süd

Noxud və qoyun əti ilə sadə və dadlı sup

Noxud və qoyun əti ilə…

İsti yeməklər Hits:673

Tərkib: - 800 qr qoyun əti

Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU

Kişini evə bağlamağın 15 TƏSİRLİ…

Münasibətlər Hits:7004

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:362

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:665

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:471

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az