Mətbəx alətinin köməyilə mükəmməl tonal krem əldə edin

Tonal krem ​​xanımlar arasında ən lazımlı və populyar məhsullardan biridir. O, bu diqqətə həqiqətən layiqdir: bütün makiyajın tonunu təyin edən və bütövlükdə qüsurları örtən odur.

Razılaşın ki, üzdə kiçik qüsurlar görünərsə, ən gözəl göz makiyajı belə öz təsirini itirəcək.

Son illərdə tonal krem çeşidləri artıb, hər zövqə və dəri rənginə uyğun bir vasitə seçmək olar. Ancaq bütün müxtəlifliyə baxmayaraq, bəzən onun tekstura və qalıcığı bizi qane etmir, ya da arzulanan kremlər çox baha olur. Blogerlər bu problemin də həllini tapıbar. Kosmetik yeniliklərlə maraqlanan oxucular artıq bilir ki, tonal kremi su ilə qarışdırmaq yaxşı nəticə əldə etməyə imkan verir və bu barədə artıq xəbər vermişdik. Ancaq bu köhnə versiyadır. Bunu daha da inkişaf etdirən tik-tokçular indi də kremi kofe köpürdücü mətbəx aləti ilə qarışdırmağı təklif edirlər.

Beləliklə, bu hiyləni təkrarlamaq üçün sizə yalnız tonal krem, otaq temperaturunda bir stəkan su və kapuçinator lazım olacaq. Kremi kapuçinator ilə köpük olana qədər çırpın və məhsul hazırdır. Bu üsul sayəsində kremin dəriyə daha rahat yayılacaq və daha qalıcı olacaq./publika.az



 

 

.