Əllərin dərisini soyuqdan qoruyan effektiv üsullar

Payız-qış aylarında hətta müntəzəm əlcək taxmaq zərif əllərimizi quruluq və çatlardan tamamilə xilas etmir. Soyuq havadan isti yerə daxil olmaq dəridə əlavə stress yaradır ki, bu da məxmər yumşaqlığın itirilməsinə və quruluğa gətirib çıxarır.

Əllərin soyuqdan qoruyan təbii qulluq reseptlərini təqdim edir.

Süd vannası

Məlumdur ki, süd dərini nəmləndirir və qidalandırır, həmçinin qocalma prosesini effektiv şəkildə ləngidir. Kleopatranın mütəmadi süd vannası qəbul etməsi boş yerə deyildi. Odur ki, bundan əllərə qulluqda da istifadə etməyə dəyər. Bunun üçün əllərinizi otaq temperaturunda 2 stəkan süddən ibarət vannaya qoyun və 30 dəqiqə orada saxlayın.

Soda vannası


Bir çay qaşığı soda, 5 damcı yod 2 stəkan ilıq suda qarışdırılır. Əllərinizi bu müalicəvi məhlulda ən azı 20 dəqiqə saxlayın. Bu müddət ərzində soda dərini yumşaldır, yod isə dırnaqları gücləndirir.

Yağ vannası

Bu vasitə quru və kobud dərilər üçün heyrətamizdir. Sadəcə 2 stəkan ilıq suyu 1 xörək qaşığı hər hansı rəfinə edilməmiş yağla qarışdırın. Əllərinizi 20 dəqiqə bu vannada saxlamaq kifayətdir.

Duz vannası

Bu vanna yalnız əllərdəki kiçik yaraların və çatların sağalmasına kömək etməyəcək, həm də dırnaqların soyulmasını aradan qaldıracaq. Bir çay qaşığı dəniz duzunu ilıq suda həll edin və əllərinizi məhlulda 20 dəqiqə saxlayın. Proseduru müntəzəm təkrarlasanız, nəticə mütləq sizi sevindirəcək./publika.az



 

 

.