Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun.

Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan çox istifadə etməyin. Onsuz da onların sizin saçlarınıza təsiri qısamüddətli olacaq.

Bunun üçün gənəcərçək yağından istifadə etsəniz kifayətdir. Gənəcərçək yağının tərkibində Omeqa-9 yağı var. Bu yağ saçların sağlam və təbii gözəlliyini bərpa elməklə uzanmasına səbəb olur.

Onun tərkibindki risinolein turşusu güclü göbələk və bakteriya əleyhinə vasitədir. Bu da tük diblərində patolojiyaların aradan qalxmsına və tüklərin uzanmasına yardım edir. Gənəcərçək yağı qaşların və kirpiklərin tük diblərində əmələ gələn patoloji prosesləri müalicə edir, tüklərin dibini möhkəmləndirir və uzanmasına səbəb olur.

Gənəcərçək yağı vasitəsilə dəridə əmələ gələn çapıqların yerinin də sağaltmaq mümkün olur. Buna səbəb onun tərkibində olan kollagen və elastinin dəriyə təsir etməsidir. Bunun üçün isə uzun müddət gənəcərçək yağını çapıq toxumanın üzərinə gündə bir-neçə dəfə sürtmək lazımdır.


Saç, qaş və kirpiklərinizin uzanması üçün müalicənin daha effektli olmasını istəyirsinizsə, o zaman gənəcərçək yağına kakos və ya badam yağı da əlavə edə bilərsiniz.

Gənəgərçək yağını həftədə 1-2 dəfə istifadə edə bilərsiniz. Yağı daş dərisinə çəkin, 1 saat saxlayın, sonra yaxşı yuyun.

Qaş və kirpiklərə isə yağı hər gün çəkmək olar. (milli.az)



 

 

.