Üzdə olan xoşagəlməz tüklər bütün qadınlarda diskomfort hissi yaradır. Üzdə əmələ gələn tüklərin miqdarının artması hormonal disbalansın pozulması, endokrin sistemdə meydana gələn patologiyalar nəticəsində baş verir.
Bəzən isə uzun tüklərin üzdə əmələ gəlməsi irsiyyətdən asılı olaraq meydana çıxır. Yuxarıda saydığımız səbəblərdən əmələ gələn tüklər çıxarıldıqda qısa bir zamanda onun yerin yeniləri əmələ gəlir. Aşağıdakı vasitələrdən istifadə etməklə siz yeni tüklərin əmələ gəlməsini ləngidə və onlardan birdəfəlik xilas ola bilərsiniz.
1. Limon və bal
Tüklərinizi çıxardıqdan sonra iri tüklər olan nahiyəni 2-3 dəqiqə limon şirəsi qatılmış balla massaj edin. Sonra bu maskanı üzünüzə sürtün və 30 dəqiqədən sonra üzünüzü iti su ilə yuyun.
2. Nanə
Üzdə əmələ gələn cod tüklər qadın orqanizmində androgen hormonlarının artması ilə əlaqədar olur. Gün ərsində 1 stəkan nanə çayı içməklə siz bu problemi həll edə bilərsiniz.
3. Noxud unu
Noxud unu, sarıkök və isti su qarışımından hazırlanan maskanı tükləri aldıqdan sora üzə qoyduqda tüklərin çıxması ləngiyir. Bunun üçün noxud unu, sarıkök və ilıq su qarışdırılıb üzə sürtülür və 15 dəqiqədən sonra üz isti su ilə yuyulur.
4. Yumurta maskası
Yumurta maskası üzdə olan xoşagəlməz tüklərdən xilas olmaq üçün ən yaxşı vasitədir.Bunun üçün bir yumurta sarısını 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı qarğıdalı unu ilə qarışdırıb qatı maddə alınır. Bu maddə xoşagəlməz tüklər olan nahiyyə sürtülür və maskanın quruması gözlənir. Maska quruduqdan sonra onu üzdən götürdükdə tüklər də kökündən çıxır./Milli.Az