Cildinizi təmizləmək üçün bu maskanı sınayın

Cilddəki ləkələri azaltmağın və dərinin nəfəs alması üçün öncə ölü hüceyrələri təmizlə lazımdır. Bu hüceyrələr zamanla məsamələrin qapanmasına nəticədə isə sızanaqların yaranmasına gətirib çıxarır.

Axşam.az dərini təmizləyən və rəngini ağardan gil maskasını təqdim edir.

Tərkibi:

- 2 xörək qaşığı süd qaymağı

- buğda nişastası


- süd

- 1 çay qaşığı ağ gil

Hazırlanması:

Sadalanan ləvazimatları krem halına gələnə qədər qarışdırın. Maskanı üzünüzə çəkib 15 dəqiqə gözləyin. Sonda dərinizi isti su ilə təmizləyin. Bu maska ​​resepti həssas dərilər üçün də uyğundur.

Evdarliq.az



 

 

.