Dərinizi yeniləyərək ləkələrdən qurtulun

Xanımların ən çox əziyyət çəkdiyi problemlərdən biri də cilddəki ləkələrdir.

Bəs gündəlik həyata təsir edən, gizlətmək üçün makiyajdan istifadəni zəruri edən bu problemi necə aradan qaldırmaq olar?

Evdarliq.az axşam.az-a istinadla üzdəki ləkələri aradan qaldırmağa yardımçı olacaq çiyələk maskasını təqdim edir.

Tərkibi:

- çiyələk

- limon suyu

- limon yağı

İstifadə qaydası:

2 çiyələyi incə doğrayıb üzərinə 2 damcı limon suyu və 1 damcı limon yağı əlavə edin. Qarışımı həftədə bir dəfə 15 dəqiqə üzdə saxlamaq şərti ilə ləkə olan hissəyə çəkin. Maskadan sonra günəş altında dayanmamağınız tövsiyə olunur. Dəri yeniləndiyi üçün günəşin şüaları başqa izlərin yaranmasına səbəb ola bilər. Mütləq şəkildə günəş kremindən istifadə edin.



 

 

.