Üzdəki ləkələri yox edən vasitələr

Dərinin bəzi nahiyələrində normaldan daha çox melanin istehsal edilir ki, bu da ləkələrin yaranmasına gətirib çıxarır.

Melanin dəri, saç və gözlərə rəng verən bir piqmentdir. Dəridəki qaranlıq bölgələr çox vaxt sağlamlıq riski yaratmasa da, kosmetik səbəblərdən narahat bir vəziyyətə çevrilə bilər. Dəri ləkələrinin yaranmasının ən böyük iki səbəbi qocalma və günəş şüalarıdır.

Evdarliq.Az axşam.az-a istinadən bildirir ki, bu ləkələri ev şəraitində hazırlayacağınız vasitələrlə də aradan qaldıra bilərsiniz.

Dəri ləkələri necə yaranır?

- Günəş şüasına həddindən artıq məruz qalma


- Bədəndə sızanaqların buraxdığı tünd ləkələri rəngləyin

- Hamiləlik dövründə hormonal dəyişikliklər

- Anadangəlmə piqmentasiya xəstəlikləri

- Vitiliqo

- Genetik faktorlar

Dəridəki ləkələrin ən böyük səbəblərindən biri günəş şüaları olduğu üçün günəş kremindən istifadə edə bilərsiniz. Günəşdən qoruyucu kremlərdən yalnız günəş çıxdıqda deyil, qışda da istifadə etmək faydalıdır. A, C və E vitaminləri ləkə çıxaran xüsusiyyətlərə malikdir. Bu vitaminləri həb üsulu ilə və ya inyeksiya yolu ilə istifadə edə bilərsiniz. Üz üçün satılan A, C və E vitaminli seriumlardan gecə və gündüz istifadə edin.

Mezoterapiya tətbiqi dəri ləkələrini azaltmağa kömək edəcək. Bu tətbiq ilə dəri altına vurulan vitamin sayəsində dərialtı hüceyrələr yenilənir.

Hamar və sağlam dəriyə sahib olmaq istəyənlər üçün aşağıdakı qida maddələrindən istifadə etmək faydalıdır:

Süfrənizdə olacaq lifli qidalar dəriniz üçün son dərəcə əhəmiyyətlidir. Bundan əlavə, duz və şəkərin mütləq azaldılması lazımdır. Dəridəki ləkələrdən xilas olmaq üçün A, C və E vitaminləri istehlak edilməlidir. Hamar bir dəriyə sahib olmaq istəyirsinizsə, mütləq "fast-food" yeməyin. Qırmızı bolqar bibəri, pomidor, kök, qoz, ispanaq, kərəviz, yumurta, qızılbalıq, lobya, tünd şokolad yemək dərinizi sağlam saxlayacaq.

Maska 1:

- 1 çay qaşığı maya

- 1 çay qaşığı zeytun yağı

- 2 çay qaşığı limon suyu

- 1 çay qaşığı qatıq

Maya və suyu pasta halına gələnə qədər qarışdırın. Üzərinə digər məhsulları əlavə edib üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

Maska 2:

- 5 xörək qaşığı təzə limon suyu

- 1 dəstə cəfəri

Cəfərini ətçəkəndən keçirin, üzərinə limon şirəsi əlavə edin. Üzünüzə çəkin və 5-10 dəqiqə gözləyin. Sonra üzünüzü ilıq su ilə yuyun.



 

 

.