Aspirinlə sızanaqlardan və qırışlardan qurtulun

Aspirin dəridəki artıq yağları azaldıb qan dövranını gücləndirərək sızanaqların yaranmasının qarşısını alır. Bununla belə ondan düzgün istifadə etmək də önəmlidir.

Evdarliq.az axşam.az-a istinadla aspirinlə hazırlanan maskaları təqdim edir.

Sızanaqlara qarşı aspirin maskası

Tərkibi:

- 4 və ya 5 aspirin

- 1 və ya 2 xörək qaşığı ilıq su

- bal və ya qatıq

Hazırlanması:

Əvvəlcə aspirini toz halına gətirin. Sonra ilıq su ilə yaxşıca qarışdırın. İstəyə görə digər inqrediyentləri (bal və qatıq) əlavə edib yenidən qarışdırın. Qarışımı nazik təbəqə şəklində üzə çəkib 10-15 dəqiqə gözləyin. Maskanı ilıq su ilə yuyun və nəmləndirici kremdən isitfadə edin.

Qırışlar üçün aspirin maskası

Tərkibi:

- 3 aspirin

- 3 xörək qaşığı limon suyu

Hazırlanması:

İnqrediyentləri qarışıdırıb nazik təbəqə şəklində üzünüzə çəkin. 10 dəqiqədən sonra ilıq su ilə yuyun.



 

 

.