Gözəl dəriyə sahib olmaq istəyirsinizsə, BUNLARI YEYİN

Gözəl və cavan dəri hər bir qadının arzusudur. Lakin bəzən hətta düzgün baxım dərinin vəziyyətini yaxşılaşdırmır. Belə halda mütəxəssislər qidalanmaya fikir verməyi tövsiyə edirlər.

Evdarliq.az bildirir ki, Rusiyalı həkim-kosmetoloq Natalya Petrenkonun sözlərinə görə, gözəl dəriyə sahib olmaq üçün qidalanmada zülalı artırmaq lazımdır.

Zülal dəri, dırnaq və saç üçün “tikinti” materialıdır və onun orqanizmdə əskikliyi xarici görünüşə ciddi mənfi təsir edir.

Həkimin sözlərinə görə, bir çox hallarda dəridə quruluq, qırışların əmələ gəlməsi, piqment ləkələri, ptoz (dərinin sallanması), saçların tökülməsi, dırnaqların kövrək olması və qırılması məhz zülalın defisiti ilə bağlıdır. Bu zaman ən bahalı kosmetik prosedurlar belə effekt verməyəcək.   

Qanda zülalın normal göstəricisi 65-85 q/l sayılır, hər gün bədən çəkisinin hər 1 kq görə 1–1,5 qr zülal istehlak etmək lazımdır.

Zülalla zəngin olan qidalar bunlardır: ət, balıq, yumurta, süd məhsulları (xüsusilə pendir, kəsmik), paxlalılar (noxud, lobya), çərəzlər (qoz, badam, fındıq).  



 

 

.