Selülitdən xilas olmaq üçün bunu edin

Bədəndə olan selülitdən xilas olmağın üsullarından biri də həmin bölgələri masaj etməkdir. Bunun üçün müxtəlif yağlardan və ya qarışımlardan istifadə edə bilərsiniz.

Evdarliq.az axşam.az-a istinadla xəbər verir ki, selülitli bölgənin masajı zamanı ən təsirli vasitələrdən biri baldır. Selülit olan yerə təxminən 2 çay qaşığı balı nazik təbəqə şəklində çəkin. Əlinizlə aşağıdan yuxarıya doğru masaj edin. Bunu edərkən əlinizi dərinizdən uzaqlaşdırmağa çalışın. 5-10 dəqiqəlik masaj etdikdə həmin bölgədə qızartı görəcəksiniz. Bu zaman qan dövranı artır, toxumalarda və əzələlərdə olan toksinlər bədəndən xaric olmağa başlayır. Masajdan sonra həmin bölgəni yuyub aşağıdakı qarışımı çəkin.

Tərkibi:

- 1/2 stəkan jojoba yağı

- 15 damla portağal yağı


- 15 damla rozmarin yağı

- 15 damla ardıc yağı

Bütün yağları həmin bölgəyə çəkə bilərsiniz.



 

 

.