Ev şəraitində DUZ SKRABI – Hamar, təmiz, cavan dəri

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir.

Evdarliq.az oxucularına çox effektli duz skrabının reseptini təqdim edir.

İnqrediyentlər:

- 2 xörək qaşığı duz

- 1 örək qaşığı bal


- 1 kapsul E vitamini (apteklərdə satılır).

Balı duzla yaxşı qarışdırın ki, duz tamam ərisin. Sonra E vitamini kapsulunu iynə ilə dəşin, qarışığa əlavə edin, yaxşı qarışdırın.

Skrabı dəriyə çəkin, yüngül dairəvi hərəkətlərlə 2-3 dəqiqə ərzində massaj edin, 10 dəqiqə saxlayın və sonra yuyun.    

Daha yaxşı effekt əldə etmək üçün bu skrabdan çiməndən sonra həftədə 2 dəfə istifadə edin.



 

 

.