Evdə hazırlayacağınız kömür maskası ilə sızanaqlarınızdan qurtulmağa nə deyirsiniz? Bu praktik və qənaətcil maska sayəsində hamar dəriyə sahib olun!
Sızanaq izlərindən qurtula bilməyənlərdənsiniz? Aktivləşdirilmiş kömür sızanaq və çapıqları aradan qaldırmaq üçün mükəmməldir! Dərini zərərsizləşdirən və dəriyə parlaq görünüş verən aktivləşdirilmiş kömür dəridəki sızanaq izlərini də yox edir. Evdə tətbiq edəcəyiniz bu sadə maska resepti sayəsində bəyənmədiyiniz bu görünüşdən qısa müddət ərzində qurtula biləcəksiniz.
Məhsullar:
3 çay qaşığı gil
5 çay qaşığı kömür tozu
3 çay qaşığı alma sirkəsi
2 çay qaşığı su
HAZIRLANMASI:
Şüşə qabda gil, kömür tozunu və alma sirkəsini qoyun. Üzərinə su töküb qaymaqlı bir tutarlılıq əldə edin. Qarışığın çox quru olduğunu düşünürsünüzsə, su əlavə etməyə davam edə bilərsiniz. Sonra üzünüzü dərindən təmizləyin və maskanı tətbiq edin. 15 dəqiqə üzünüzdə saxlamağınız kifayət edər. Sonra üzünüzü yenidən bol su ilə yuyun. Bu qədər!
Evdarliq.Az