Keratin düzləşməni ƏVƏZ EDƏCƏK maska – saçlarınız düz, hamar və parlaq olacaq! RESEPT

Təbii üsullarla saçlarınızı düzəldə biləcəyinizi bilirdinizmi?

Saçları süd maskası ilə necə düzləşdirmək olar?

Siz düz saç həvəskarısınız? Hər gün fenlə qurutmaqdan bezmisiniz? Bu nöqtədə, doğru yerdəsiniz. Evdə hazırlayacağınız maska ​​ilə saçlarınız düz olacaq. Artıq bərbərə pul ödəmədən və saçınızı zədələmədən  istədiyiniz düz saçlara sahib ola biləcəksiniz.

Tərkibi:

Dörddə bir stəkan süd, dörddə bir stəkan su, yarım banan, iki yemək qaşığı bal


Daraq, sprey şüşəsi

TƏTBİQ

Bananı su ilə qarışdırın. Sonra içinə süd və bal əlavə edib blenderdən keçirin. Qarışığı sprey şüşəsinə doldurun. Qarışığı bütün saçınıza hopdurana qədər saçınızın uclarından sıxmağa davam edin. Sonra baş dərinizə 5 dəqiqə masaj edin, bütün qarışığı saçınıza sürtün və tarayın. Tətbiq etdiyiniz maskadan sonra saçlarınızı streç qida salafanı ilə sarın ki. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalaya bilərsiniz.

Evdarliq.Az



 

 

.