Parlaq dəri üçün 5 ƏN VACİB addım!

Heç kim solğun və cansız dəriyə sahib olmaq istəməz. Daha parlaq və sağlam dəriyə necə sahib ola bilərəm? Əgər belə düşünürsünüzsə, məqaləyə nəzər salın!

Qeyri-sağlam qidalanma, dəriyə qulluq və makiyaj materiallarına fikir verməmək üzündən dərimiz canlılığını və parlaqlığını itirə bilər. Parlaq dəriyə sahib olmaq üçün bahalı məhsullara pul xərcləmək lazım deyil. Dərinizin sağlamlığını qorumaq üçün edə biləcəyiniz 5 asan yol!

Dəri maskaları

Kim üz maskasının köməyi ilə ani nəticə əldə etmək və bir az dincəlmək istəməz ki? Dərini təmiz, məxmər və balanslı etmək üçün həftədə 2 dəfə təbii tərkibli maskalar edin. Maskaların tərkibi ilə bağlı dərinizin ehtiyaclarını dinləyin.

Vitamin C serumu

Artıq hər kəs dəri üçün nəmləndirici istifadə etməyin vacibliyini bilir. Bəs dərini parlaq edən üz serumları necədir? Üz serumları dərinizdə böyük fərq yarada bilər. Vitamin C serumu qırışların görünüşünü azaldaraq dərinizin parlaqlığını artırmağa kömək edir.

Dərinizi yaxşı nəmləndirin

Dərinizi düzgün nəmləndirməniz vacibdir. Hər gün dərinizə uyğun nəmləndirici seçib tətbiq etməniz çox önəmlidir.

Peeling

Zamanla dərinizdə ölü dəri və kir yığılır. Dəridə yığılan bu ölü hüceyrələr dərinizin mat görünməsinə səbəb ola bilər. Dərinizə parlaqlıq vermək üçün müntəzəm olaraq peeling etdiyinizə əmin olun. Nə qədər tez-tez peeling etməyiniz dəri tipinizdən asılıdır, lakin ümumi qayda olaraq həftədə iki dəfə peeling etmək kifayətdir.

Qlikolik turşu

İstər dəri ağardıcı krem, istərsə də üz təmizləyicisi olsun, glikolik turşu dərini daha parlaq edir. Rutininizə əlavə edəcəyiniz qlikolik turşusu olan dəriyə qulluq məhsulları dərinizə parlaqlıq verəcək.

Evdarliq.Az

 



 

 

.