Bahalı prosedurlar etmədən gözəl qaşlara sahib olmanın 7 SİRRİ!

Ev şəraitində qaşlarınıza necə qulluq edəcəyinizi bilmirsinizsə, təkliflərimizə nəzər salmağınız kifayətdir. Evdə 7 addımda qaşlara qulluq etməyin sirlərini sizə təqdim edirik!

Əvvəlcə forma verin

Qaşlarınızın formasını peşəkar əllərə həvalə etməyiniz daha faydalı ola bilsə də, bunu özünüz də edə bilərsiniz. Qaşlarınızın formasını çox dəyişmədən üzünüzə ən uyğun formanı verin.

Fırça ilə masaaj edin

Saçlarınızda olduğu kimi qaşlarınızı daradığınız zaman bir az stimullaşdıraraq, özü üçün faydalı yağlar çıxarmağa başlayacaq. Qaşlarınızı hər zaman daramaq məcburiyyətində deyilsiniz, lakin qaşlara qulluq üçün həftədə bir və ya iki dəfə fırçalamaq vacibdir.


Diqqətli olun

Qaşlarınıza nə etsəniz diqqətli və yumuşaq şəkildə edi. Tələsməməli və diqqətli olmalısınız ki, qaşlarınızı geri dönməz şəkildə qoparmayın və dərinizi zədələməyin.

Nəmləndirin

Qaşlarınızın altında dəriniz var və dəriniz həmişə nəmlənmək istəyir. Əks halda qaşlarınızın altında belə quru və qabarıq olur. Üz kremi çəkdiyiniz zaman qaşlarınıza bir az sürtməyi unutmayın. Bu, həm də onlara forma vermənizi asanlaşdırır.

Diqqətlə təmizləyin

Əgər qaşlarınıza mum çəkəcəksinizsə, çox diqqətli olmalısınız. Yanıqlara səbəb olmamaq üçün mum çox isti olmamalıdır. Dartarkən qaşlarınız istiqamətində çəkməyə diqqət yetirilməlidir. Unutmayın ki, gigiyenaya diqqət etməsəniz, dəri infeksiyalarına tutula bilərsiniz.

 Göz kölgəsi çəkin

Kosmetikadan çox istifadə etmək dərinizə zərərlidir. Ancaq bəzi qadınların qaşları təbii olaraq açıq və ya seyrək olur. Əgər belədirsə, mütəxəssislər qaş qələmi əvəzinə göz kölgəsi istifadə etməyi məsləhət görürlər. Tətbiq etmək daha asan və görünüşü daha təbii olacaq.

Dərinizə uyğun məhsullar seçin

Qaşlarınız üçün alacağınız məhsullar ilk növbədə dəri tipinizə uyğun olmalıdır. Bundan əlavə, əgər qaşınızda döymə və ya pirsinq varsa, həmin nahiyəyə xüsusi diqqət yetirməli, gigiyenaya çox diqqət yetirməli, antiallergik kosmetik vasitələr seçməlisiniz.

Evdarliq.Az