Bu TƏBİİ və UCUZ vasitə qaşlarda yeni tüklərin çıxmasına kömək edir!

Badam yağının tərkibindəki E vitamini və minerallar sayəsində qaşları daha qalın və uzun etdiyini bilirdinizmi? Badam yağının qaşlar üçün faydaları burada!

Badam yağı dəri və qaşlar üçün faydalarından dolayı alternativ tibbdə tez-tez istifadə edilən təbii bir mənbədir. Xüsusilə qadınlar üçün vacib bir məsələ olan qaş sağlamlığına da bu maddə möcüzəvi təsir göstərir. Bəs, badam yağının qaşlar üçün faydaları nələrdir? Badam yağı qaşları və kirpikləri uzadırmı?

Badam yağının qaşlar və kirpiklər üçün faydaları

 - Qaşlardakı tük köklərini qidalandırır və onları daha da gücləndirir.

 - Qaşların qurumasının qarşısını alır və qaşların ehtiyac duyduğu nəm və qidalanmanı təmin edir.


 - Qaşlarda yeni tük çıxmasını təmin edir.

 - Qaşları daha qalın edir.

 - Qaşlarda tökülmənin qarşısını alır.

Badam yağı qaşları və kirpikləri uzadırmı?

Badam yağı fındıq olan badamdan əldə edilən qızılı sarı rəngə malik alternativ təbabətdə istifadə edilən təbii yağdır. Badam yağı E vitamini, kalsium və maqneziumla çox zəngindir. Bu səbəbdən də qaş və kirpiklərin qidalanması baxımından çox faydalı bir yağdır.

Bir çox mütəxəssisin fikrincə, badam yağı qaş və kirpiklərdə qan dövranını artıraraq yeni tüklərin çıxmasına kömək edir. Tərkibindəki vitamin və minerallarla qaşların və kirpiklərin uzanmasına kömək edir, buna görə də qaş və kirpiklərinizdə badam yağından etibarlı şəkildə istifadə edə bilərsiniz.

Evdarliq.Az