Yalnız 3 inqrediyentdən ibarət CİLD TONİKİ evdə hazırlayaq - RESEPT

Yalnız təbii və bitki mənşəli məhsullardan istifadə edərək evdə yaşlanma və solğun dəri əleyhinə tonik hazırlaya bilərsiniz.

Mükəmməl tonikdir, quru və günəşə məruz qalan həssas dərini müalicə etmək üçün təbii və doğru seçimdir.

Məhsullar:

1/4 fincan yaşıl çay (soyudulmuş)

1/8 fincan təmiz nar suyu

1/8 fincan su

Necə hazırlanır?

Yaşıl çay paketini qaynar suya qoyun. Dəmlənməsini gözləyin. Sonra çay suya qarışdıqda suyun soyumasını gözləyin. Çay soyuduqca, təmiz nar suyunu bərabər miqdarda su ilə seyreltin. Yaşıl çay və seyreltilmiş nar suyunu qarışdırın. Hazırlanmış toniki soyuducuda saxlayın və iki həftə ərzində istifadə edin. Bütün inqrediyentlərimiz təbii olduğundan onları soyuducuda saxlamaq çox vacibdir.

Evdarliq.Az



 

 

.