Saçlarınız tökülürsə, banan maskası edin

Banan kalium, antioksidantlar, təbii yağlar və vitaminlərlə zəngindir. Bu da onu saç tökülməsinə qarşı istifadə edilə bilən ideal vasitə edir.

Banan təkcə saçların tökülməsinin qarşını almır. Eyni zamanda, onları parlaq edir, yumşaldır, kəpəyi aradan qaldırır və nəmləndirir.

Tərkibi:

- 2 banan

- 1 xörək qaşığı zeytun yağı


- 1 xörək qaşığı kokos yağı

- 1 xörək qaşığı bal

Bütün inqrediyentləri qarışdırıb baş dərinizdən başlayaraq bütün saça çəkin. Maskanın saçda beş dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Həmçinin, bananı yaxşıca əzib üzərinə 8 damcı badam yağı əlavə edin. Bu qarışığı saçınıza çəkib, bir saat gözləyin. Sonda soyuq su ilə yuyun. Bu maska da saç tökülməsinin qarşısını əhəmiyyətli dərəcədə alacaq./axsam.az