Kofe ilə dərini təmizləyin

Dərinizi ölü hüceyrələrdən, qara nöqtələrdən təmizləmək üçün vaxtaşırı pilinq etmək məsləhətdir.

Türkiyə mətbuatına istinadən bunun üçün bahalı prosedurlara və ya kremlərə ehtiyac yoxdur. Təqdim edəcəyimiz skrab sayəsində dəriniz yenilənəcək, qan dövranı sürətlənəcək.

Lazım olanlar:

1 ç.q türk qəhvəsi

1,5 x.q zeytunyağı

1 ş.q kakao

yarım ədəd limonun suyu

1x.q şəkər tozu

1 dolu ç.q dəniz duzu

Bütün ərzaqları eynicinsli kütlə alınanadək qarışdırın. Bu skrabı iki həftədən bir istifadə etmək məsləhətdir. Quru dəriyə sahib olan xanımlar zeytun yağının miqdarını artıra bilər./axsam.az



 

 

.