Qışda cildinizi belə nəmləndirin - Dermatoloq Məsləhətləri

Quru dəri soyulma, qaşınma və çatlama ilə xarakterizə olunan vəziyyətdir.

Müxtəlif səbəblərdən yarana bilər. Bununla belə, hətta yağlı dəriyə sahib olanlar da zaman zaman quru dəri problemi ilə qarşılaşa bilərlər. Quru dəri bədənin hər hansı bir hissəsinə təsir edə bilər. Adətən əllərdə, qollarda və ayaqlarda olur. Bir çox hallarda problemi həll etmək üçün həyat tərzinin dəyişməsi və nəmləndirici kremlərdən istifadə kifayətdir. Ancaq bəzi hallarda problem əsas səbəblərdən əlavə olaraq daxili problemlərdən qaynaqlana bilər və müalicəyə müqavimət göstərə bilər. Bu vəziyyətdə bir dermatoloqa müraciət etmək lazım ola bilər.

Dəri quruluğunda görünə bilən əlamətlər yaşa, ümumi sağlamlıq vəziyyətinə, yaşayış yerinə, çöldə qalma müddətinə və problemin səbəbinə görə dəyişir. Quru dəridə aşağıdakı simptomlardan biri və ya bir neçəsi ola bilər:

Xüsusilə duş, çimmək və ya üzgüçülükdən sonra dəridə dartılma hissi

Dəridə topaqlı görünüş


Qaşınma

Dərinin soyulması

İncə xəttlər və ya çatlar

Qızartı və səpgilər

Qanayan dərin çatlar

Çizilmə səbəbiylə çapıqlar və onların rənginin dəyişməsi

Dərinin qurumasının qarşısını almaq üçün nə etməli?

Dəridə quruluğun yaranmasının qarşısını almaq üçün atılacaq ən əhəmiyyətli addımları həyat tərzində dəyişiklik və nəmləndirici kremlərdən istifadə etmək saymaq olar. Aşağıdakı tövsiyələrə əməl etmək bu problemin qarşısını almağa kömək edə bilər;

Gündə ən azı 2,5-3 litr maye içmək.

Nəmləndiricinin istifadəsinə laqeyd yanaşmaq olmaz. Nəmləndiricilər dərini örtür və suyun dəridə tutulmasını təmin edir.

Dərinin nəmini itirməməsi üçün suya məruz qalmağı məhdudlaşdırmaq vacibdir. Bu səbəbdən hamam və duş vaxtını 10 dəqiqə və ya daha az saxlamaq və ilıq su ilə vanna qəbul etmək yaxşı olardı. Bundan əlavə gündə bir dəfədən çox vanna qəbul etməməyə çalışmaq dəri sağlamlığının qorunması baxımından əhəmiyyətlidir. Dəriyə qulluq mütəmadi olaraq aparılmalıdır.

Dəridə quruluğa səbəb olan sabunlar yerinə təmizləyici kremlər, yumşaq dəri təmizləyiciləri və əlavə nəmləndiricilər olan duş gellərindən istifadə etmək faydalı ola bilər.

Dəri soyuq havadan qorunmalıdır. Qışda çölə çıxarkən şərflərdən, papaqlardan, əlcəklərdən istifadəni laqeyd etmək olmaz.

Qabların yuyulması və təmizlənməsi zamanı rezin əlcəklər geyilməlidir.

Evdarliq.Az



 

 

.