Tonal krem və Konsiler tamamən eyni tonda olmalıdırmı?

Konsiler hər qadının makiyaj çantasında olması gərəkən qurtarıcı makiyaj vasitələrindən biridir. Çünki hərkəsin üzündə gizlətmək istədiyi ləkələr, ya da yorgunluğa bağlı yaranan göz altı halqaları ola bilər. Amma baxışlarımızı yorğun görünüşlü halqaların kölgəsində gizləmək məcburiyyətində deyilik! Kiçik bir konsiler tətbiqi ilə bütün cild qüsurlarımızı anında ortadan qaldıra bilər və günə gülümsəyərək davam edə bilərik. Bəs istifadə etdiyimiz konsiler tonal kremimizlə tamamən eyni tonda olmalıdırmı? 

Selena Qomez və Cennifer Lopez kimi məşhurlarla işləyən məşhur vizajist Hung Vanngo ilə müsahibədə o, bu suala aydınlıq gətirib. Məşhur vizajist bildirir ki, "Əgər siz sızanaqları örtmək üçün konsilerdən istifadə edirsinizsə o zaman konsiler tonal kreminizlə eyni tonda olmalıdır. Yox əgər göz altında və ya burun körpüsündə konsiler istifadə edirsinizsə o zaman tonal kreminizdən daha açıq tonda konsilerdən istifadə edin". Beləliklə, məqsədimiz daha parlaq görünüşə sahib olmaqdırsa tonal kremimizdən 1 ton açıq konsiler tətbiq etməliyik. Yox əgər məqsədimiz üzümüzdəki qüsurları örtməkdirsə o zaman tonal kremimizlə eyni tonda olan konsiler tətbiq etməliyik.

Evdarlıq.Az