Düyü suyu həm dəri həm saçlar üçün çox faydalı olduğunu və bir çox Hollywood ulduzları artıq illərdi bu üsuldan istifadə edərək qüsursuz dəriyə sahib olub.
Düyü suyu təmizləyici tonik necə hazırlanır?
Bişməmiş düyü təmiz bir qaba qoyun və suda isladın.
Suyu qarışdırın.
Su yavaş-yavaş bulanıq olacaq. Qabdakı suyu başqa bir qaba tökün.
Başqa bir qabda aldığınız bu su ilə üzünüzü bir neçə dəfə yuyun. Dəsmal ilə qurutmayın. Öz-özünə qurumasını gözləyin.
Düyü maskası resepti:
Bir ovuc düyünü qəhvə üyüdücüdə əzin.
Əldə etdiyiniz tozun içinə bir çay stəkan süd əlavə edin. Qarışdıraraq tökün ki, tutarlılığı maska kimi tətbiq oluna bilsin.
Pastanı üzünüzə və boynunuza çəkin.20-30 dəqiqə gözləyin.
Maskanı ilıq su ilə yuyun.
Bu proses həftədə bir neçə dəfə tətbiq olunarsa, bir ay ərzində dərinizin daha ağardığını və canlı göründüyünü görəcəksiniz. Düyü suyu dərini ağartmaqla yanaşı, qırışları da azaldacaq.
Evdarliq.Az