Dırnaqların qırılması əslində vitamin və mineral çatışmazlığı səbəbindən olsa da, müntəzəm dırnaq baxımı və gücləndirilməsi ilə də qarşısını almaq olar.
Bu gün dırnaqları qidalandıran və dırnaq qırılmalarının qarşısını almaq üçün strukturunu gücləndirən bir çox kosmetik qulluq məhsulları var. Bütün bu qulluq məhsulları ilə yanaşı, dırnaqlarınızı bitki mənşəli məhlullarla da gücləndirə bilərsiniz. Dırnaqların qırılmasının qarşısını almaq üçün evdə rahatlıqla tətbiq edə biləcəyiniz 7 təsirli həll yolu təqdim edirik!
Zeytun yağı
Həftədə bir dəfə dırnaqlarınızı zeytun yağı ilə dolu qabda 5 dəqiqə islatmaq olar. Dırnaqlarınızı zeytun yağı ilə də masaj edə bilərsiniz.
Kokos yağı
Kokos yağını dırnaqlarınıza masaj edin və 5 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
Avokado yağı
Avokado yağını tək istifadə edə və ya zeytun yağı ilə qarışdıra bilərsiniz. Hazırlayacağınız qarışığı bütün gecə dırnaqlarınızda saxlamaq daha qidalandırıcı və gücləndirici olacaq.
Çay ağacı yağı
Antiseptik xüsusiyyəti ilə göbələklərin müalicəsində də tövsiyə edilən çay ağacı yarpağı yağını qaba doldurun və yarım saat dırnaqlarınızda saxlayın. Sonra ilıq su ilə təmizləyin.
Alma sirkəsi
Alma sirkəsi dərinizi qıcıqlandıra biləcəyi üçün onu su ilə seyreltin və dırnaqlarınıza çəkin. Quruduqdan sonra əllərinizi isti su ilə yaxalayın.
Dəniz duzu
Dəniz duzu və limon suyunu bir qabda qarışdırın və dırnaqlarınızı qidalandırmaq üçün istədiyiniz yağları əlavə edin. Bu qarışığı dırnaqlarınızda 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Daha təsirli olması üçün sonra zeytun yağı ilə masaj edə bilərsiniz.
Limon şirəsi
Limon suyuna bir az zeytun yağı əlavə edin və mikrodalğalı sobada ilıq olana qədər qızdırın. Yatmadan əvvəl dırnaqlarınıza çəkin.
Evdarliq.Az