Düzgün olmayan baxım saçların seyreltilməsinin ümumi səbəbidir.
Nazikləşən və cansız saçları bərpa etmək üçün ev şəraitində edilən maskalardan bir neçəsini bu məqalədə oxuya bilərsiniz.
Evdə hazırlanmış saç maska resepti
Ən yaxşı saç maskaları təbii maddələrdən hazırlanan maskalardır. Saçları qalınlaşdırmaq üçün bal tərkibli maskalar çox güclü və təsirlidir.
Nəticə: bal saçları qalın edir, saçın strukturunu qidalandırır, kövrəkliyi azaldır, saçlarımızı həcmli edir edir.
Komponentlər:
-3 qaşıq otlar: qırmızı tonlu saçlar üçün - kalendula; sarışınlar üçün - çobanyastığı; qara saçlılar üçün – gicitikan otu.
-40 ml bal.
Saç rənginizə uyğun olan otu tapın və paketdəki təlimatlara əməl edərək dəmləyin, balı ilə qarışdırın və saça çəkin. Başınızı paket sarın və 45 dəqiqədən sonra yaxşıca yuyun.
Evdarliq.Az