Bütün qadınlar gözəl, sağlam və güclü dırnaqları xəyal edir.
Ancaq bəzən onlar asanlıqla qırılmağa, aşınmağa, sarı rəngə çevrilməyə başlayırlar. Buna görə də, dırnaqları necə gücləndirmək barədə sual yaranır. Salona gedib bahalı prosedur etmədən də dırnaqlarınızı möhkəm və sağlam olmasını istəyirsinizsə bu məqaləni diqqətlə oxuyun.
Dırnaqların evdə yod ilə gücləndirilməsi haqqında bilirdiniz?
Dırnaqları gücləndirməyin ən sadə yolu onlara hər gün yod çəkməkdir. Yatmazdan əvvəl dırnaq üzərinə və ətrafına yod sürtüb yatmalısınız. Narahat olmayın, səhər oyandıqda artıq yoddan yarannan sarılıq olmayacaq. Yod dırnaqlarda yalnız bir neçə saat rəngli iz saxlayır, sonra isə solur. Kurs 2 həftədir, sonunda dırnaqlar güclənəcək və aşınmağı dayandıracaq. Dırnaqlarınızı uzadıb istədiyiniz manikuru edə biləcəksiniz.
Hər zaman gözəl və baxımlı olun.
Evdarliq.Az