Hər qadının arzusunda olan sağlam və uzun saçlara necə sahib ola bilərik?
Bahalı kosmetik prosedurlar, uzun zaman alan maskalar, magiya və daha nələr, nələr... Bəs əslində bunun üçün sirrli bir vasitə olduğunu bilirdiniz? Evdarlıq.Az saytı sizə bu sirri açıqlayır. Hər evdə olan 2 möcüzəvi ədviyyat - dəfnə yaprağı və mixək. Bəli, bəli - bu iki vasitə saçları inanılmaz sürətlə uzadır, həm də çox xoş ətir bəxş edərək.
Nə edirik?
5 ədəd dəfnə yarpagı və 1 qaşıq mixək 250 ml suya qataraq çox az odda qaynayana qədər saxlayırıq. Qaynamağa başlayan kimi oddan alıb, qazanın qapağını örtüb bir dəsmala sarırıq və soyumasını gözləyirik. Soyuyandan sonra bir qaba, məsələn işlədib bitirdiyiniz şüşə silən vasitənin qapını yaxşı yuyub oraya tökə bilərsiniz. İstifadə edərkən spray ilə püskürdmək lazım olduğu üçün ona uyğun qab olması tövsiyə olunur. Hər gün ən az 2 dəfə saç diblərinə siçradıb saxlayırıq, yumağa ehtiyac yoxdur. SBonus olaraq saçlarınızda möhtəşəm ətir gələcək! Saçlarınız izə sürətli uzanacaq!
Hər zaman gözəl olmağınız arzusu ilə,
Evdarliq.Az