Bu ucuz vasitə saçınızı sağlam və gözəl edəcək

Alma sirkəsi saçlara qulluq zamanı çox effektli təbii vasitə sayılır.

Təbii alma sirkəsi saçlara çox yaxşı təsir edir:

 

- möhkəmləndirir, tökülməsini azaldır

- həcm verir

- parlaqlıq bəxş edir

- rəngini bir qədər açır

- yumşaq və itaətli edir

- baş dərisinə antiseptik təsir edir, kəpəyi azaldır.

Saglamolun.az bildirir ki, kosmetoloqlar həftədə 2-3 dəfə saçları yuduqdan sonra sirkə ilə yaxalamağı tövsiyə edirlər. 1 l ilıq suya 1/2 stəkan (100 ml) təbii sirkə (alma və ya alma sirkəsi olmadıqda - üzüm sirkəsi) əlavə edin və bu su ilə təmiz saçları yaxalayın. Bundan sonra saçları mümkün qədər fenlə deyil, açıq havada qurudun.

Evdarliq.Az