Gözəl qaşların SİRRİ – qaşlarınız üçün bunları edin...

Gözlər qəlbimizin aynasıdırsa qaşlar da o aynanın çərçivəsidir deyə bilərik.

İnsana baxdıqda qeyri ixtiyari olsa belə qaşlar diqqətimizi çəkir. Qaşların gözəl olması bütün görünüşü dəyişə bilər. Bəs gözəl qaşlar üçün nə edək? Məqalədə bunun üçün məsləhətlər var, diqqətlə oxuyaq.

Qaşlarımızın aşağıdakı funksiyaları var:

- gözləri nəmdən (tər və ya yağış) qorumaq, beləliklə müvəqqəti və qismən görmə itkisi ilə əlaqəli bir çox təhlükədən qaçınmaqda yardımçımızdır;

- şəxsi eyniləşdirmədə vacib amildir (şəxsiyyətə xarakter verir);

- şifahi olmayan ünsiyyətdə fəal iştirak edirlər. Sürpriz edərkən sevdiyiniz insanın üz ifadəsndə qaşların dəyişməsini xatırlayın;

İdeal forma yaratmaq prosesinə başlamazdan əvvəl qaşlarımızın quruluşunu daha yaxından nəzərdən keçirək.

  • daxili hissə (başlanğıc);
  • orta hissə (əsas hissə);
  • xarici hissə (quyruq).

Və yalnız ideal qaşlarda bütün bu hissələr müəyyən nisbətlərdə olur.

1 - qaşın başlanğıc nöqtəsi. Qələmi burun qanadının üzərinə qoyun ki, gözün daxili küncünə işarə etsin. Qaş tağının kəsişdiyi nöqtədə, qaşın başlanğıc (daxili) sərhədinin nöqtəsini qeyd edin.

2 - qaşın əyilmə nöqtəsi. Qələmi yenidən burun qanadın üzərinə aparın, ancaq bu dəfə göz bəbəyin ortasından keçən bir xətt çəkilməlidir. Qaşın yuxarı kənarının qələmlə kəsişməsində, qaş tağının ən yüksək qalxma nöqtəsini də qeyd edin (qırılma nöqtəsi).

3 - qaşın son nöqtəsi. Qələmi burun qanadından gözün xarici küncünə doğru hərəkət etdirməyə davam edin və kəsişməni qeyd edin.

İndi bu nöqtələri birləşdirmək və qaşın istədiyiniz formasına uyğunlaşdıraraq kontur çəkmək lazımdır. Unutmayın ki, ən geniş hissəsi bazada, ən dar hissəsi quyruğun ucundadır. Hər iki qaşdakı bu üç nöqtə ilə üzünüzdəki qaş şəklinin necə görünməli olduğuna dair ümumi görüntü əldə edəcəksiniz. Belə bir işarələmədən sonra artıq tükləri ala biləcəyiniz bir növ sxemdir.

Qaşların daha sıx olması üçün isə yatmadan öncə 3 dəqiqə badam yağı ilə massaj edin. Eyni proseduru kipriklər üçün də etmək faydalıdır. Qaşları tez tez kəsmək və aldırmaq lazım deyil – bunun üçün ən az 2 həftə keçməsi daha yaxşı olar.

Qaşları daramaq faydalıdır, lakin hər gün qaş sabitləyicilərdən istifadə etmək qaşları zəiflədir.

Və təbii ki, sağlam qidalar həm qaş, həm kiprik, saç və ümumiyyətli gözəlliyinizi qoruyacaq!

Hər zaman gözəl və baxımlı olun!

Evdarliq.Az