Evdə sürətli saç uzatma toniki – Asan hazırlanan RESEPT

Evdə hazırlanan təbii saç uzatma toniki ilə tökülən, nazik və uzanmayan saçlar indi daha gözəl və sağlam olacaq, və ən əsası sürətli uzanacaq.

Türkiyyə saytına istinadə bu resepti tanınmış aktrisa təxminən 3 il əvvəl saçlarını uzatmaq istəyərkən bir trixoloq həkimdən alaraq sınadı. Nəticə necə oldu?  “Saçımı sehr kimi uzadıb saç tökülməsini dayandırdı!” – müsahibəsində aktrisa paylaşdı.

Saç Uzatma Tonik Tərkibi

Tərkibi:

-3 xörək qaşığı qurudulmuş rozmarin (və ya 3 budaq təzə)

-1 paket. yaşıl çay (və ya 1 çay qaşığı yaşıl yarpaqlı çay)

-1 dilim təzə zəncəfil, 1-2 sm qalınlığında

-350 ml su

-sprey burunlu konteyner

Hazırlama Qaydası:

Bir qazanda 350 ml su qızdırın, yaşıl çay, rozmarin və doğranmış zəncəfil dilimi əlavə edin (zəncəfili rəndələmək daha yaxşı olar).

Qarışığı qaynama vəziyyətə gətirin, istiliyi azaldın və 5 dəqiqə daha orta istilikdə odda saxlayın.

5 dəqiqə sonra oddan alın və  bir qapaq ilə örtüb, tamamilə soyumasını gözləyin.

İncə bir ələkdən süzün və sprey şüşəsinə tökün.

İstifadəsi:

Bir gündən bir yatmazdan yarım saat öncə saç diblərinə tətbiq edin, saçlarınızı ayıraraq. Barmaq uclarınızla yüngül massaj edin. Yumağa ehtiyac yoxdur.

Saxlama Qaydası:

1 həftə soyuducuda saxlanıla bilər.

Hər zaman gözəl olun!

Evdarlıq.Az