Saçınız tökülürsə, BU ANALİZLƏRİ verin

Saçların tökülməsinin səbəbləri çoxdur: daxili xəstəliklər, güclü və uzunmüddətli streslər, qanazlığı, bəzi vitamin və mineralların çatışmazlığı və s.

Saglamolun.az bildirir ki, Dermato-Endoctrinology jurnalında dərc olunmuş yeni elmi araşdırmada doktor Coşua Seyfer saç tökülməsindən əziyyət çəkənlərə mütləq qalxanvari vəzinin fəaliyyətini yoxlamağı tövsiyə edir.

 

Alim qeyd edir ki, hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı saçlar quru və kobud olur, çox güclü tökülür.

Hippokratia jurnalında dərc olunmuş digər məqalədə göstərilir ki, hipotireozu olan insanların 41%-i intensiv saç tökülməsindən əziyyət çəkir.  

Doktor Seyfer saçı tökülənlərə digər müayinələrlə yanaşı qalxanvari vəzinin hormonlarını da yoxlamağı tövsiyə edir. Həkim qanda T3, T4 və TSH hormonlarının səviyyəsini təyin etməyi məsləhət görür.   

Evdarliq.Az