Daha uzun və həcmli kipriklər? Qaynaqsız...

Hər bir qadının arzularından biri də uzun və həcmli kipriklərdi.

Bunun üçün kimsə kiprik qaynağını seçir, bu məqalə isə təbii yollarla kiprikləri uzatmaq istəyənlər üçündür.

Kiprikləri həcmli və uzun etmək üçün 10 addım:

1- Kipriklərinizi hər axşam təmizləyin, makiyaj etsənizdə etməsənizd - təmizləyin, çünki gün ərzində toz və dəri yağlanması nəticəsində kipriklər rahat nəfəs almır. Təmizləmək üçün yumuşaq yağları seçə bilərsiniz, məsələn, təmiz su ilə isladılmış pambığın üzərinə 2-3 damcı badam yağı qataraq yumuşaq hərəkətlərlə kipriklərinizi təmizləyin.

2- Yatmaqdan yarım saat öncə jojoba yağı ilə yüngül massaj edin. Çox az miqdarda yağ və barmaq uclarınızla 5 dəqiqə massaj edin. Bununla kipriklərinizi qidalandırmıs olacaqsınız.

3- Tez-tez maskara istifadə etməkdən uzaqlaşın. Məsələn gündəlik makiyajda layner ilə kifayətlənib kiprikləri isə yalnız daraya bilərsiniz. Bununla kipriklərinizi daha az zədələmiş olacaqsınız, çünki məlumdur ki, istənilən maskarada kimyavi maddələr var ki, onlar da kiprikləri davamli istifadə zamanı zədələyir.

4- Kiprik burmaq üçün qayçılardan istifadə etməyin, çünki onlar kiprikləri zədələyir, nəticədə kipriklər qırılaraq qısalır.

5- Maskara seçərkən tərkibini oxuyun. Təkibi yumuşaldıcı, yağ və qoruyucu olan maskaralara üstünlük verin.

6- Kipriklərinizi mütəmmadi darayın. Məsələn hamamdan sonra kiçik kiprik fırçası ilə darayın, hətta həmən fırçaya 1 damcı gənərgərçək yağı damcıladıb daramaq daha faydalı olar.

7- Heç bir zaman makiyaj ilə yatmayın! Nə qədər yorğun olsanız belə makiyajı silib sonra yuxuya gedin, çünki 1 gecə saxlanılmış makiyaj həm kipriklərinizi həm dərinizi rahat nəfəs almasının qarşısını alacaq ki, bu da çox mənfi təsir göstərəcək.

8- Suya davamlı maskaranı ziyafət, kokteyl, toy və ya daha önəmli günlərə saxlayın! Gündəlik həyatınızda istifadə etməyin!

9- Daxilə qəbul edilən vitaminləri unutmayın,əsasda mövsüm dəyişən zamanlarda. Məsələn, Biotin - saç, dırnaq, dəri və kipriklər üçün zəngin vitamin kompleksidir.

10- Qidanı da unutmuruq - sağlam və doğru qidaların, meyvə və tərəvəzlərin bütün orqanizmimizə olduğu kimi kipriklərimizə də saysız faydaları var!

Hər zaman gözəl və baxımlı olun!

Evdarliq.Az