Qışda əllərə və ayaqlara necə qulluq etmək olar? 5 TƏKLİF

Soyuq havalarda əl və ayaqlara necə qulluq etmək olar?

Payızda quru əllər və ayaqların çatlaması narahatçılıq yaradır. Bu dəfə yalnız üzünüzdən deyil, əllərinizdən və ayaqlarınızdan bəhs edəcəyik.

Soyuqdan dolayı qışda tənbəllik hiss etməyə başlayırıq. Bu, tez yorulmanıza səbəb olur. Bu vəziyyətdə əllərimiz və ayaqlarımız baxımdan uzq qala bilər. Quru və yorğun əllərimizə və ayaqlarımıza bir az diqqət yetirsək qısa zamanda daha baxımlı cild əldə edəcəyik.

Qışda əlləriniz və ayaqlarınız üçün sadə təbii ev maskası resepti

Həftədə bir dəfə tətbiq edə bilərsiniz. Bu qarışığı əllərinizə və ayaqlarınıza tətbiq edə bilərsiniz. Soyuq havalarda yumşaq, ipək kimi əl və ayaq cildi əldə edə bilərsiniz.

 Lazım Olanlar:

 1 çay qaşığı bal

2 xörək qaşığı şəkər

1 xörək qaşığı duz

Hazırlama qaydası:

Şəkər və duzu bir qaba qoyun və içinə bal əlavə edin. Sonra limon suyu əlavə edin. Yumşaq bir fırça ilə əllərinizə və ayaqlarınıza çəkin. Sonra masaj edin. 5 dəqiqədən sonra isti su ilə yuyun və əmləndirici tətbiq edin. Artıq ilk istifadədən mükəmməl nəticə əldə edəcəksiniz!

Ayaqlarınızı isti suda isladın:

Ayaqlarınızı müalicə etməyin ən yaxşı yolu ayaqlarınızı mütəmadi olaraq isti suda islatmaqdır. Bu, çirklənmə, toz və yorğunluğun təsirini azaltmaq üçün həkimlərində ilk məsləhətlərindən biridir. Ayaqlarınızı isti suya salmaq bədəninizi də təravətləndirir və ayaqlarda qan dövranını artırır.

Peeling:

Dabanların bərkimiş hissələrini ayaqlar üçün skrab və daban daşı ilə təmizləyə bilərsiniz. Tətbiq olunacaq peeling sayəsində dərinin üst təbəqəsi nəfəs alır, qan dövranı artır, dəri yenilənir.

Həftədə bir dəfə əllərinizə və ayaqlarınıza tətbiq edəcəyiniz peelingdən nəticəyi artıq ilk istifadədən görəcəksiniz. Bu prosedurdan sonra mütləq nəmləndirici krem istifadə edin.

Ağrı kəsici ayaq hamamı:

Yenə isti suyunuzu hazır edin, ancaq bu dəfə ayaq biləyinizdən bir qədər yuxarı olması lazımdır. Suya 2-3 yemək qaşığı dəniz duzu əlavə edin və 2 stəkan soda əlavə edin. Ayaqlarınızı bu suda 30 dəqiqə saxlayın. Sonra qurudun və nəmləndirici krem ​​çəkin. Bədəninizdəki enerjinin yeniləndiyini və ayaq ağrınızın getdiyini görəcəksiniz.

Hər zaman gözəl və baxımlı olun!

Evdarlıq.Az