Bu vasitə hər gün qarşılaşdığınız bir neçə problemi həll edə bilər! KİPRİKLƏR,SAÇLAR,DODAQLAR - VİZAJİSTLƏRİN SİRRİ

 

Bu vasitə hər gün qarşılaşdığınız bir neçə problemi həll edə bilər.

Aşağıdakı siyahıda, körpələr üçün istifadə etdiyimiz tozu (Prisipka) gözəlliyiniz üçün əvəzolunmaz sirrləri:

1."Sürətli" üz maskası. Müasir qızlar, maksimum nəticə ilə minimum xərc tələb edən kosmetik prosedurları sevirlər. Bu səbəbdən sızanaqları müalicə edəcəyini vəd edən və hazırlanması çox asan olan bir maska ​​marağınıza səbəb ola bilər. 2-3 yemək qaşığı uşaq tozu bir qaşıq su ilə qarışdırın, üzünüzə çəkin və 10-15 dəqiqə gözləyin. Dəriniz dərhal sizə təşəkkür edəcək.

2. Kompakt deodorant. Həddindən artıq tərləmə bir çox narahatlıq yaradır, ancaq çantanıza kiçik bir banka körpə tozu qoysanız, artıq sevdiyiniz bluzları rahatlıqla geyinə biləcəksiniz. Əlavə qoruma və rahatlıq üçün qoltuqaltılarınızın ortasına bir az toz sürün.

3. Matlaşdırıcı maddə. Üzdəki həddindən artıq sebumu bu vasitə ilə aradan qaldıra bilərsiniz. Tonal kremdən öncə və tonal kremdən sonra sabitləyici kimi istifadə edilir.

4. Həcmli kirpiklər. Kirpiklərin həcmini artırmaq üçün ən yaxşı vasitələrdən biri, tuşun ilk qatına tətbiq olunan və ikinci bir təbəqə ilə örtülmüş halda kipriklər iki qat daha həcmli olur.

5. Uzun müddət qalıcı dodaq boyası. Makiyajınızı bitirdikdən sonra dodaqlarınıza qalın fırça ilə tətbiq edin və yenə dodaq boyası ilə ortun.

6. Quru şampun. Gözəllik arsenalınızda quru şampun yoxdursa, toz saçlarınızı daha təravətli etməyə kömək edəcək. Məhsulun bir hissəsini köklərə sürtün, lak ilə düzəldin və darayın. Yağlı saçları 3 dəqiqəyə təzə yuyulmuş kimi edir.

Evdarliq.Az



 

 

.