Üz cildi həmişə ətraf mühitə məruz qalır və beləliklə kir, toz və digər çirkləndiricilər cildimizin solğun və cansız görünməsinə səbəb olur.
Üzünüzü təmizləmək özünə qulluğun vacib bir hissəsidir, ancaq bunu doğru və cildə fatydalı etmək üçün diqqətli olmalısınız. Yağlı dərilər üçün dərindən təmizləyən və qidalandıran, ev şəraitində təbii vasitələrdən hazırlaya biləcəyiniz qarışımı sizinlə paylaşırıq:
Tərkibi:
- 1 ədəd alma
- 5 xörək qaşığı bal
Hazırlanması:
Bir ədəd dilimlənmiş almanı5 xörək qaşığı bal ilə blenderdə qarışdırın;
Barmaq ucları və ya xüsusi fırça ilə qarışımı üzünüzə 1 qat tətbiq çəkin və yayın.
Alma yağlı dərilər üçün güclü və effektli təmizləyicidir,bal isə yağsız nəmləndirmə təmin edir.
Təmizləyici maskanı nəmli bir dəsmal və ya salfet ilə üzünüzdən yuyun.
Dəsmalı tez -tez yuyaraq maskanı yumşaq bir şəkildə yuyun.
Təmiz, quru bir dəsmal ilə ovuşduraraq üzünüzü qurudun.
Bu maskadan sonra cildiniz həm dərindən təmizlənmiş həm də daha canlı və sağlam olacaq.
Daha yaxşı nəticə almaq üçan maskadan həftədə 2 dəfə istifadə edin.
Gözəllik üçün salona getmək mütləq deyil, bizimlə ən gözəl qulluq vasitələri evdən çıxmadan sınayın!
Evdarlıq.az