Mövsümi dəyişikliklər səbəbi ilə saçların tökülməsi hər kəsin yaşadığı bir haldır.
Stress, vitamin əskikliyi və hormon pozuntuları da əlavə olunduqda saç tökülməsi daha da artır. Lakin evdə 10 dəqiqənizi ayıraraq hazırlayacağınız təbii maskalarla bu problemin qarşısını ala bilərsiniz. Evdarliq.az sizə çox faydalı və effektli qatıqlı maskanın reseptini təqdim edir.
Qatıqlı maska
Tərkibində olan D, B6, B12, C vitaminləri, kalsium və proteinlər qatığı saçlarınız üçün təbii bir maskaya çevirir. Vəsaitləri və hazırlanması baxımından da asan olan qatıq maskası üçün 1 stəkan qatığı və bir çay qaşığı balı kasada qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza dibdən uclara doğru sürtün.
Qeyd edək ki, saç maskalarını təmiz saçlara vurmaq daha yaxşı nəticə verir. Qatıq maskasını saçınızda 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulamalısınız.
Qatığın içindəki proteinlər saçlarınıza nəm qazandırarkən, vitaminlər və kalsium saç qüvvətinizi artıracaq və daha sağlam saçlara qovuşacaqsınız.