Bəzi müalicəvi, faydalı yağların dilimizə tərcüməsini bilmədiyimizdən alıb istifadə etmək imkanından məhrum oluruq.
Publika.az həmin yağların dilimizə tərcüməsini təqdim edir.
Ayı pəncəsi yağı və gənəgərçək yağı - saçla bağlı bütün dərdlərin dərmanı.
Ərik yağı - bədənin massajı və dırnaqların qidalandırlıması üçün.
Acı bibər yağı - saç uzatmaq üçün əvəzsiz vasitəsdir.
Lavanda yağı - bir neçə damcısı şampuna töküb istifadə etdikdə, saçlar uzun müddət təmiz və parıltılı qalır.
Qozun kosmetik yağı - üzdə qırışlara və gözaltı qaralmalara qarşı faydalıdır.
Jojoba yağı - gözkənarlarındakı xırda qırışları yox edir.
Dəniz duzu - bədən və dırnaqları təravətləndirmək üçün vanna qəbul etmək olar.
Badam yağı - üz və bədən dərisinə çəkildikdə çat və qırışların qarşısını alır.
Mavi gil - bədən və üz üçün ən effektiv maska.
Çay ağacı yağı - sızanaqlar əleyhinə çox faydalıdır.
Nanə yağı - baş ağrıları, miqren və yuxusuzluq zamanı gicgahlara sürtülür.
Çiyələk yağı - doğuşdan sonra dəri çatlarına qarşı faydalı vasitədir
Bor spirti - sızanaqları məhv edir.
A və E vitamini kapsulları - quru və çatlaq dodaqları, eləcə də gözaltı hissəni qidalandırır.
Kokos yağı - saçların tökülməsi, bədən və üz dərisinin gözəlləşdirilməsi üçün əvəzsizdir.