Nikotin turşusu bir çox saçlara baxım üçün istifadə olunan vasitələrin tərkibinə daxil edilir. Nikotin turşusu saçların uzanmasını sürətləndirir, saçları daha sağlam və qalın edir, saçların tökülməsini azaldır.
Evdarli.az sizə nikotin turşusu ilə maska reseptini təqdim edir:
Nikopin turşusu apteklərdə ampullarda satılır. 1-2 ampul (bundan artıq yox!) alın, şprisin köməyi ilə bir qaba tökün və baş dərisinə çəkin. Vasitəni təmiz baş dərisinə çəkmək lazımdır. Maskanı yumaq lazım deyil.
Nikotin turşusunu həftədə 2 dəfə 1 ay ərzində istifadə etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.
Maskanı istifadə edəndə baş dərisində yüngül (!) yandırma, qarışqaların yeriməyi hissi yarana bilər. Bu normaldır.
Diqqət! İstifadə etdikdən sonra güclü qaşınma, səpgilər, baş ağrısı və s. allergiya simptomları əmələ gəldikdə, başınızı dərhal yuyun və daha sonra bu vasitədən istifadə etməyin.
Allegiyaya meylli olan insanlar nikotin turşusundan istifadə etməməlidir.