Sarıkök dərini çox yaxşı təmizləyir, ağardır, cavanlaşdırır, tonuslaşdırır, rəngini yaxşılaşdırır, parlaq edir.
Evdarliq.az sizə sarıköklə üz maskasının reseptini təqdim edir
Tərkib:
- 1 ç.q. sarıkök
- 2 x.q. qatıq
- yarım ç.q. bal
Sarıkökü qatıq və balla yaxşı qarışdırın, üzünüzə çəkib 15-20 dəqiqə saxlayın, sonra üzünüzü yaxşı yuyun.
Əgər sarıkök dərinizdə sarımtıl iz qoyubsa, bunu süddə isladılmış pambıqla təmizləyə bilərsiniz.
Maskanı həftədə 2 dəfə tətbiq edin.