Bu makiyaj qadınları daha cəlbedici və gözəl göstərir. "Pişik baxışları" makiyajında əsasən, gözlərə önəm vermək lazımdır.
Axşam.az hər zaman dəbdə olan bu makiyaj növünü evdə rahat etməyiniz üçün aşağıdakıları təqdim edir:
- Gözün dib hissəsini açıq, ortanı tünd qəhvəyi göz kölgəsi ilə rənglə. Uc hissəyə isə qara göz kölgəsi yay. Çalış, kölgə göz kənarlarından çıxsın.
- "Pişik baxışlar" makiyajında göz qələmindən istifadə etmək olmaz. Gözün üstünə layner çək. Kirpiklərin yalnız uc hissəsinə tuş vur.
- Gözün altına nazik fırça ilə qəhvəyi göz kölgəsi yay.
- Kərpic rəngli ənlikdən istifadə et. Çalış, ənliyi yanağına uzununa çək.
- Makiyajda açıq rəngli tonal kremdən istifadə etmək lazımdır.
- Dodaq boyası isə təbii rəngdə olmalıdır.