Yumurta ağı ilə effektli üz maskaları. Cavan, təravətli dəri!

Yumurta ağı üz dərisinə çox yaxşı təsir edir - təmizləyir, cavanlaşdırır, kiçik qırışları hamarlayır, dərinin tonusunu qaldırır, ağardır.

Sizə yumurta ağı ilə bir neçə maskanın reseptini təqdim edirik:

  1. Yumurta ağı və limon şirəsi ilə sadə maska

Cavan yağlı dəri üçün  maska. Dərini təravətləndirir, təmizləyir, ağardır, yağlılığını azaldır.

1 yumurta ağını 1 x.q. limon şirəsi və 1 ç.q. qaynanmış su ilə yaxşı qarışdırın, üz dərisinə çəkin, quruyanda 2-ci, sonra 3-cü qat çəkin. 20 dəqiqə gözləyin, ilıq su ilə yuyun.

  1. Yumurta ağı və zeytun yağı ilə maska

Cavanlaşdırıcı maskadır.

1 yumurta ağı 1 x.q. zeytun yağı ilə qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

  1. Yumurta ağı və duzla maska

Cavanlaşdırıcı maskadır.

1 yumurta ağını 1 ç.q. narın duzla yaxşı çalın ki, köpük alınsın. Köpüyü üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

 



 

 

.