Kosmetologiya

Mükəmməl makiyaj üçün 10 məsləhət

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə yer alır.

Bəs, mükəmməl makiyaj etmək üçün nələr lazım olduğunu bilirsiniz?

Axşam.az makiyajın 10 qızıl qaydasını təqdim edir:

Tonal krem

Düzgün tonal kremi seçmək dərinizin sağlamlığı üçün əsas şərtdir. Əgər dəriniz qurudursa, tərkibində minerallar olan kremlərdən istifadə edin. Yağlı dəriniz varsa, mat kremlər sizə uyğundur. Quru cildi olan qadınlar makiyajdan əvvəl nəmləndiricilərdən istifadə etsə, daha yaxşı nəticə əldə edə bilər.

Örtücü

Örtücünü tonal kremdən sonra və üçbucaq şəklində istifadə edin. Rəngli örtücülər üzdəki rəng uyğunsuzluğunu gizlətmək üçündür. Yaşıl rəngli örtücülər qırmızı ləkələr, narıncılar isə gözaltı qaraltılar üçündür.

Kirşan

Kirşan xüsusilə yağlı dərilər üçün daha məqsədəuyğundur. Üzünüzdə ən çox hansı hissə parıldayırsa, ilk olaraq həmin hissəyə kirşan vurun. Daha yaxşı yayılması üçün makiyaj fırçalarından istifadə edin.

Bronzlaşdırıcı

Bronzlaşdırıcıdan mümkün qədər az istifadə edin. Əks halda olduğunuzdan daha yaşlı görünəcəksiniz. Bronzlaşdırıcıdan üzünüzün ən çox günəş dəyən hissələrinə vurun.

Ənlik

Ənliyi almacıq sümüklərinizin üzərinə vurun. İstifadədən sonra makiyaj fırçasıyla yayın. Bu zaman üzünüz daha təbii görünəcək.

Göz kölgəsi

Göz kölgələrindən əvvəl göz qapağınıza örtücü vurun. Belə halda makiyajınız daha qalıcı olacaq. Əgər bir neçə rəngdən istifadə edəcəksinizsə, əvvəlcə ən açıq rəngdən başlayın. Bütün rənglərdən istifadə etdikdən sonra makiyaj fırçası ilə rəngləri qarışdırın.

Sürmə

Sürmə istifadə edərkən aynaya bacardığınız qədər yaxın olun. Gözünüzün kənarına sürmə ilə nazik xətt qoyun. Ardınca isə gözün gözün iç hissəsinə tərəf xətti davam etdirin. Əgər düzgün çəkə bilməsəniz fırça vasitəsilə sürməni yayın. Bu zaman dumanlı göz makiyajı etmiş olacaqsınız.

Tuş

Tuş makiyajın əvəzolunmazıdır. Tuş istifadə edərkən birinci kirpiklərinizin dibindən başlayın. Bu halda kirpikləriniz daha dolğun olacaq.

Qaşlar

Əgər qaşlarınız nazikdirsə, qaş qələmlərindən, yaxud da göz kölgənizin içində saçınıza uyğun olan rəngdən istifadə edərək qaşınızı doldura bilərsiniz.

Dodaq boyası

Dodaq boyasını istifadə etmədən əvvəl dodağınızdakı ölü dərini təmizləyin. Ardınca dodağınızı nəmləndirin. Sonda isə dodaq boyasından istifadə edin. Belə halda həm canlı, həm də dolğun dodaqlara sahib olacaqsınız.


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Oladi resepti. Əla səhər yeməyi

Oladi resepti. Əla səhər yeməyi

Qəlyanaltılar Hits:67722

Oladi çox tez hazırlanır, yumşaq və...

Çox sadə və dadlı QIŞ SALATI

Çox sadə və dadlı QIŞ…

Salatlar Hits:9608

Tərkibi: - 2 ağ turp - 2 kök

Yağlı qazanları yumağın ASAN YOLU

Yağlı qazanları yumağın ASAN YOLU

Qab-qacaq Hits:7011

Qazan və tavaların təmizliyi bir az...

Teflon örtüyü olan qablarda təhlükə

Teflon örtüyü olan qablarda təhlükə

Qab-qacaq Hits:3455

Teflon müasir yanmayan materialdır.

Ən həcmli xəmir RESEPTİ

Ən həcmli xəmir RESEPTİ

Qəlyanaltılar Hits:1562

Sizə bugünədək sınanmış ən həcmli mayalı...

Soyuducunu təmizləyərkən bunlara diqqət edin - MƏSLƏHƏT

Soyuducunu təmizləyərkən bunlara diqqət edin…

Faydalı məsləhətlər Hits:1444

Soyuducuda qorunan qidalar üçün soyuducunun işləmə...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:328

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:330

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:602

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:541

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:875

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1022

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az