Özünə vaxt ayıra bilməyən xanımlara GÖZƏLLİK TÖVSİYƏLƏRI

“Özümə baxmağa vaxtım yoxdur”, - deyən xanımlara Ailem.az qısa zaman çərçivəsində praktik makiyaj və baxım yollarını təqdim edir.

- Üzünüzü əvvəlcə isti, sonra soyuq su ilə yuyun. Bu, qan dövranını sürətləndirir və üz əzələlərini hərəkətə gətirir.

- Səhərlər oyandığınızda sizi yaxşı göstərməyəcək qüsurları tonal krem vasitəsilə gizlədin.

- Çox makiyaj etməsəniz də, gözlərinizə etdiyiniz sadə makiyajla üzünüz canlı görünəcək. Üzünüzün daha canlı və baxımlı görünməsi üçün kirpiklərinizə tuş çəkməyi unutmayın.  

- Yanaqlarınıza yüngülcə ənlik çəkmək üzünüzə canlılıq qatacaq.

- Dodağınıza sürtdüyünüz parlaq bir dodaq boyası üzünüzü canlı göstərəcək.

- Dırnaq boyasını siləcək bir aseton tapmamısınızsa, üzərindən yenisini vurun.

- İşə gedərkən ətrafdakı səs-küyü dinləmək istəmirsinizsə, qulaqcıqla xoş bir musiqi dinləyərək yol gedin. Beləcə, özünüzü rahatladın.

- Yorğunusunuzsa, nanə qoxlayın. Nanə yorğunluq hissini yüzdə 15 azaldacaq.

- İş yerində gün boyunca su içməyi unutmayın. Çox az susmaq belə, enerji səviyyənizin aşağı düşməsinə səbəb olar.

- Saçlarınızı düzəltməyə vaxtınız yoxdursa, yuduqdan sonra azca qurudun və hörün. Daha sonra yenidən qurudun və səhər işə gələrkən açın. Saçlarınız belə daha gözəl görünəcək.