Yazda dəri zəif və solğun olur, tez-tez qabıq verir. Bunun səbəbi vitamin və mineral çatışmazlığıdır.
Evdarliq.az sizə dərini daha hamar və elastik, qabıq verməni aradan qaldıran maska reseptlərini təqdim edirik.
1. 1 x.q. yağlı xama və 1 yumurtanın sarısı yaxşı qarışdırılır, təmiz üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silinir.
2. 2 x.q. badam yağını su hamamında bir qədər qızdırın, üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin.
3. Yarım bananı yaxşı əzin, 1 x.q. zeytun yağı əlavə edin, qarışdırın, üz dərisinə çəkin, 200 dəqiqədən sonra silin.