Kosmetologiya

Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR

Zaman keçdikcə dərimiz öz gənclik təravətini itirir və müəyyən qulluq tələb edir.

Amma bir çoxlarımız ya zaman azlığından, ya da sadəcə tənbəllikdən dərimizə yetəri qədər diqqət göstərmirik. Ailem.az sizə saatlarla vaxt ayırmadan hazırlayacağınız faydalı maska reseptləri verir. Bu reseptlərlə dəriniz sağlam və parıltılı hal alacaq.

1. Nəmləndirici maska

Sadəcə iki vasitə ilə cildinizin nəm faizini artıra bilərsiniz.

Bir ədəd yumurta sarısı ilə bir qaşıq südü kasada çırpın. Sonra üzünüzə kağız dəsmal yapışdırın. 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

2. Alma maskası

Almanın həm sağlıq, həm də gözəllik baxımdan əhəmiyyətli olduğunu hər kəs bilir.

1 ədəd almanı rəndələyərək kasaya qoyun. Sonra içərisinə 2 xörək qaşığı bal tökün. Qarışımı bütün üzünüzə vurun. İlıq su ilə 5 dəqiqə sonra təmizləyin.

3. Qara nöqtə maskası

Burnunuzun üzərindəki qara nöqtələri yalnız 5 dəqiqədə yox edə bilərsiniz.

Hərəsindən bir xörək qaşığı limon suyu, narın duz və qatığı kasada qarışdırın. Burnunuzun üstünə sürtün. 5 dəqiqə saxlayıb, soyuq su ilə durulayın

4. Yağlı dərilər üçün maska

Olduqca tez hazırlanan bir maska ilə dərinizin yağ səviyyəsini normal səviyyəyə endirə bilərsiniz.

Bir qaşıq bal və limon suyunu qarışdırın. Sonra qarışıma azacıq süd əlavə edin. Homogen hala gəldiyində bütün dərinizə vura bilərsiniz.


.....

.
.

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика