Alma ən faydalı meyvələrdən biridir.
Alma dəri üçün də olduqca faydalıdır. Alma ilə maskalar cavanlaşdırır, nəmləndirir, ağardır, iltihabları azaldır, məsamələri daraldır.
Ən sadə alma maskasının resepti: almanı blenderdə əzin və üz dərisinə çəkib 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Cavanlaşdırıcı maska: 1 almanı blenderdən keçirin, 1 ç.q. zeytun yağı əlavə edin, dəriyə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Yağlı dəri üçün maska: almanı blenderdən keçirin, 1 yumurtanın ağını və 1 ç.q. limon şirəsini əlavə edin, qarışdırın. Dəriyə çəkin, 15 dəqiqədən sonra üzünüzü yuyun, nəmləndirici krem çəkin.
Alma ilə pilinq: almanı blenderdə əzin, 1 ç.q. narın duz əlavə edin, üz dərisinə çəkin, yüngül massaj edin, dəridə 10 dəqiqə saxlayın, yuyun, nəmləndirici krem çəkin.
Evdarliq.az