Kosmetologiya

Əcnəbi qadınların GÖZƏLLİK SİRLƏRİ: isti qaşıq, düyü suyu...

Çinli qadınların gənclik sirləri, braziliyalı qadınların hamar bədəni...- əslində, hər ölkənin özünə aid kiçik gözəllik sirləri var.

Skandinaviya ölkələri

Skandinaviyalı qadınlar dərilərinə gözəllik qatmaq üçün əsla günəşlənmirlər. Hətta günəşdən mümkün qədər uzaq dururlar.

Avstraliya

Kəpəkdən qurtulmaq üçün avstraliyalı qadınlar şampunlarının içinə bir neçə damcı çay tikanı yağı tökürlər.

Misir

Kleopatra süd vannasını kəşf edən qadın kimi tanınır. Misirli qadınlar da bu adəti davam etdirməyə başlayıblar. Onlar hamam vannasına 2 lt südə 100 qr bal əlavə edib 20 dəqiqə vannalanırlar. Beləliklə, bədənləri daha yumşaq və elastik olur.

Braziliya

Braziliyanın isti havası və qumsalları sayəsində braziliyalı qadınlar sellülit üçün çox asan bir vasitə tapıblar. İslaq qum ilə sellülitli yerlərə masaj etmək. Bu masaj qan dövranını sürətləndirdiyi üçün portağal qabığı görünüşünün qısa zamanda yox olmasını təmin edir.

Çin

Çinli qadınların dillərə dastan hamar dəri və gənc görünüşünün təbii ki, bir sirri var. Düyü suyu. Qırışların qarşısını almaq üçün çinli qadınlar düyünü 20 dəqiqə suda saxlayaraq, üzlərini bu su ilə təmizləyirlər.

Kolumbiya

Kolumbiyalı qadınlar saçlarının daha parlaq və yumşaq olması üçün avokado və bananı əzib, bir qaşıq da zeytun yağı əlavə edərək, saçlarında 30 dəqiqə saxlayırlar.

Bolqarıstan

Bolqarıstanda ən çox istifadə edilən gözəllik vasitəsi qızılgüldür. Bolqar qadınlar üzlərinin yumşaqlığını və parlaqlığını hər gün qızılgül suyu ilə təmizləməyə borcludurlar.

Yunanıstan

Zeytun yağı Yunanıstanda bəlkə də yeməkdən çox gözəllik üçün istifadə edilir. Hətta sadəcə gözəllik üçün deyil, dəri yanıqlarının müalicəsində də zeytun yağı təsirli bir vasitədir. Bir kasa qatığın içinə bir qaşıq zeytun yağı tökün və saçınızda 5 dəqiqə saxlayın. Saçınız yumşaq olacaq.

Meksika

Kimin kəşf etdiyi bilinməsə də, bu aralar meksikalı qadınlar arasında ən populyar şeylərdən biri çay qaşığı ilə kirpik qıvrıltmaqdır. Çay qaşığını isti suda bir az saxladıqdan sonra gözünüzə yaxınlaşdırın və kirpik köklərinizə toxundurun. Barmaqlarınızla kirpiklərinizi qaşığa doğru basdıqdan sonra bir az saxlayın və ardından tuş sürtün.

Ailem.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Hansı bürc necə ana olur? - Qızlar, oxuyun

Hansı bürc necə ana olur?…

Maraqlı... Hits:11063

Qızlar, gələcəkdə necə ana olacağınızı bilmək...

Dəriniz həssasdırsa, kosmetikanı diqqətlə seçin!

Dəriniz həssasdırsa, kosmetikanı diqqətlə seçin!

Kosmetologiya Hits:1033

Bəzi qadınlarda kosmetik vasitələrə qarşı həssaslıq...

Düyü həlimi orqanizmi təmiləyir və arıqladır

Düyü həlimi orqanizmi təmiləyir və…

Sağlamlıq Hits:17500

Düyü həlimi çox faydalı müalicəvi məhsuldur.

Qatığın çoxsaylı faydaları

Qatığın çoxsaylı faydaları

Ərzaqlar Hits:1662

Böyüklərin əksəriyyəti təbii süd içə bilmir...

Evdə təmizlik işləri. Bəzi məsləhətlər

Evdə təmizlik işləri. Bəzi məsləhətlər

Təmizlik işləri Hits:8140

Öncə nədən başlayaq? Əlbəttə ki, birinci...

Düzgün makiyajın sirləri. Kirpiklər üçün tuş

Düzgün makiyajın sirləri. Kirpiklər üçün…

Kosmetologiya Hits:6263

Kirpiklərin sıxlığı və uzunluğu genetik xüsusiyyətlərdir.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az