Qaşları qalın və gözəl edən 3 TƏBİİ VASİTƏ

Qaşları daha qalın etmək üçün onlara həftədə 2-3 dəfə xüsusi maskalar etmək lazımdır.

Qaşlara yaxşı təsir edən təbii vasitələr bunlardır:

1. Gənəgərçək yağı. Bu yağ saç, kirpik və qaşlara qulluq etmək üçün ən sınanmış və effektli vasitədir. Gənəgərçək yağı tüklərin follukullarına təsir edərək qaşları daha həcmli və qalın edir. Yağı su hamamında bir az qızdırın, qaşlarınıza kiçik fırça ilə çəkin, 30 dəqiqə - 1 saat saxlayın. Sonra ilıq suya yumşaq maye sabun əlavə edin, bu suda pambıq disk isladın və yağı qaşlarınızdan təmizləyin.

2. Kokos yağı. Bu yağ da qaşları sağlam və həcmli edir və həmçinin onların rəngini bir qədər tündləşdirir. (Gənəgərçək yağı kimi istifadə olunur.)

3. Yumurta. Hamı bilir ki, yumurta saçlara çox yaxşı təsir edir və bu səbəbdən tez-tez saç maskalarında istifadə olunur. Yumurta qaşları da daha qalın və gözəl edə bilər. Bunun üçün 1 yumurta sarısını bir qədər çalın, kiçik fırça ilə qaşlarınıza çəkin və 30 dəqiqədən sonra ilıq su ilə yuyun.

Evdarliq.az   


.